"İnsan hüquqlarının pozulması - erkən nigah" mövzusunda dəyirimi masa keçirildi
Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 9a sinif şagirdləri ilə dəyirmi masa təşkil olundu. Dəyirmi masanın mövzusu erkən nigah idi. Psixoloq Günay Aslanova erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olması, 158 ölkənin qanunvericiliyinə əsasən nikaha daxil olma yaşı kimi 18 qəbul olunsa da, bu qanunlar əksər hallarda pozulması, çünki erkən nikahların tətbiqi ənənələr və sosial normalarla dəstəklənməsi haqqında şagirdlərə məlumat verdi. Erkən nigah insan hüquqlarının pozulmasının bir hissəsi kimi vurğulandı. Şagirdlərin mövzu ilə bağlı fikirləri müzkirə olundu.