8 və 9-cu sinif qızları ilə "Reproduktiv sağlamlıq" mövzusunda görüş keçirildi
Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 8 və 9-cu sinif qızları ilə "Reproduktiv sağlamlıq" mövzusunda görüş keçirildi. görüşdə tibb bacısı, psixoloq, biologiya müəllimi, UBT rəhbəri iştirak etdi. Görüş zamanı "Yeniyetməlik və dostluq", "Mən kiməm","Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır", "Alkoqolizm və narkomaniya" mövzusunda söhbətlər aparıldı, psixoloji oyunlar təşkil olundu. Şagirdlərlə zorakılıq və onun növləri, zorakılığın onlar üzərində buraxdığı silinməz izlər, onların zorakılıq qarşısında susmamaları, intihar cəhdləri, depressiya, pis vərdişlər kimi mühüm mövzulara toxunuldu.
Şagirdlər böyük ruh yüksəkliyi ilə salondan çıxarkən, eşitdiklərini müzakirə edirdilər.