I siniflərdə oxu bacarıqları yoxlanıldı
Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin birinci siniflərində 07 fevral 2017-ci il tarixindən hər iki bölmə üzrə oxu bacarıqlarının yoxlanılmasına başlanıldı. Məqsəd birinci sinif şagirdlərinin oxu bacarıqlarını üzə çıxartmaq, düzgün, ifadəli, şüurlü, sürətli oxu bacarıqlarını yoxlamaq olmuşdur. 07 fevral tarixində azərbaycan bölməsi üzrə aparılmış, 08 fevral tarixində isə rus bölməsi üzrə aparılacaqdır.