"Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiyası" aylığına başlanıldı

"Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiyası" mövzusu ətrafında müxtəlif fəaliyyətlərin icra olunması məqsədi ilə 07 fevral 2017 - ci il tarixində Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin tarix muzeyində məktəbin tarix müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi, orta məktəb tarix dərsliklərinin müəllifi, Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi Əlişova Həcər Kəmaləddin qızı 11 A sinfində "Azərbaycan abidələr diyarıdır" mövzusunda açıq dərs keçirmişdir. Açıq dərsdə Həcər müəllimə Azərbaycanın tarixi abidələri, o cümlədən, işğal olunmuş ərazilərdə qalmış tarixi abidələr haqqında, arxeoloji qazıntılar zamanı aşkar edilmiş tarixi eksponatlar, və muzeydə olan qədim Azərbaycan məişət əşyaları haqqında geniş məlumat verdi. Açıq dərsin keçirilməsində əsas məqsəd Milli mənəvi dəyərləri aşılamaq, tarixi abidələrimizi şagirdlərə tanıtmaq, qədim Azərbaycan əşyalarını, tarixi eksponatlarını şagirdlərə göstərmək, onlar haqqında ətraflı məlumat vermək və onların Azərbaycan tarixi üçün dəyərləri haqqında məlumatlarını genişləndirmək olmuşdur. Açıq dərsdə şagirdlər muzeydə tanış olduqları eksponantlar barəsində bildikləri məlumatları vermiş, onlar tərəfindən tərəfindən verilmiş suallar ətraflı cavab verilmiş və ətraflı müzakirə edilmişdir. Açıq dərs şagirlərdə böyük marağa səbəb olmuşdur. "Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiyası" aylığı çərçivəsində tədbirlərimiz davam edəcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi