Elm və Təhsil və Müdafiə nazirliklərinin Laçın şəhərində Dövlət Bayrağı Günü ilə bağlı keçirdiyi “Bayraq yürüşü”ndə məktəbin ÇQH rəhbəri də iştirak edirdi

Azərbaycançılıq və dövlətçilik ideyalarının təbliği, şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması məqsədilə 6 noyabr 2023-cü il tarixdə Elm və Təhsil və Müdafiə nazirlikləri Laçın şəhərində Dövlət Bayrağı Günü ilə bağlı “Bayraq yürüşü” keçirdi.

Tədbirdə Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Müdafiə Nazirliyinin nümayəndəsi, Elm və Təhsil Nazirliyinin əməkdaşları, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, Ofelya Salmanova – Milli Qəhrəman Polad Həşimovun həyat yoldaşı, Arzu Məmmədova – Şəhid Əlihüseyn Məmmədovun anası, Bakı şəhəri 226 nömrəli tam orta məktəbin direktoru, Media qurumlarının rəhbərləri, yazarlar, təhsil işçiləri, idman sahəsində yüksək nəticə göstərən şəxslər, sertifikatlaşmada yüksək bal toplayan müəllimlər, KİV nümayəndələri iştirak edirdi.

Tədbir Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə başladı. Dövlət himni səsləndi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsinin birdəqiqəlik sükutla yad edildi və çıxışlar edildi. Sonra yürüş başladı. Qonaqlar, şagird və müəllimlər, hərbçilər bayraqlarla 2 nömrəli tam orta məktəbdən “Seyrangah” adlı əraziyədək yürüş etdilər. Yürüş zamanı hərbi orkestrin ifasında hərbi- vətənpərvərlik mahnıları səsləndirilirdi.

Bu möhtəşəm tədbirdə iştirak etmık şərəfinə nail olduğum üçün mən və təmsil etdiyim Xətai rayon Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin kollektivi tədbirin təşkilatçıları və iştirakşılarına təşəkkür edir, üçrəngli bayrağımızın Laçın şəhəri və bütün doğma torpaqlarımızda dalğalanmasının qürürunu yaşayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi