Azərbaycan dili fənnindən monitorinq keçirildi
16 oktyabr 2023-cü il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 10-cu siniflərdə Azərbaycan dilli fənnindən monitorinq keçirildi. Monitorinqin keçirilməsində əsas məqsəd keçirilmiş mövzuların şagirdlər tərəfindən hansı səviyyədə mənimsənildiyini müəyyən etmək və gələcək işləri monitorinqin nəticələrinə uyğun qurmaqdır. Monitorinq sualları tədris proqramına uyğun məktəbin fənn müəllimləri tərəfindən hazırlanmışdır.