V sinif şagirdlərinin valideyn iclası keçirildi
Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdlərinin valideynləri ilə iclas təşkil olundu. İclasda valideynlər şagirdlərin adaptasiyası, etik qaydalar, şagirdlərin davranışı, şagird-müəllim- valideyn münasibətləri, şagirdlərin psixoloji gərginliyinin aradan qaldırılması, aqressiyanın aradan qaldırılması ilə əlaqədar onların ilkin edə biləcəkləri ilə bağlı məlumatlandırıldılar. Ən sonda isə valideynlərin fikirləri dinlənildi, onların şikayət və təklifləri qeydə alınaraq müzakirə olunacağı haqqında məlumat verildi.