Sloveniya səfərimiz zamanı Maribor şəhərində Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin şərəfinə ucaldılmış abidəni ziyarət etdik.
Sloveniya səfərimiz zamanı Maribor şəhərində Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin şərəfinə ucaldılmış abidəni ziyarət etdik.
Ölkəmizdə Mehdi Hüseynzadənin adını daşıyan Novxanı kənd 1 nömrəli orta məktəbin ərazisindən gətirilən torpaq və Xəzər dənizindən götürülən su 171 nömrəli məktəbin şagirdləri tərəfindən abidənin ətrafına səpildi, xatirəsi yad edildi.
Qürbət ölkədə xalqımızın qəhrəman övladına abidənin ucaldılması, buna daim diqqət yetirilməsi, yerli əhali tərəfindən onun sevilməsi, döyüş yolu və qəhrəmanlığına yüksək dəyər verilməsi qürurvericidir.