OCEP (Olimpiya Mədəniyyəti və Təhsil Proqramı) məktəbliləri ilə MOK baş katibi görüş keçirdi
İyulun 25-də Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalı zamanı OCEP (Olimpiya Mədəniyyəti və Təhsil Proqramı) məktəbliləri Ümid Yusifli, Qumral Yusifli, Xədicə Seyidova və Nərminə Xələfova ilə görüş keçirilib.
Görüşdə Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov, Avropa Olimpiya Komitələrinin nümayəndəsi Canluka de Angelis, Olimpiya Mədəniyyəti və Təhsil Proqramının rəhbəri Ceyhun Rəhmanov iştirak ediblər.
Görüş çərçivəsində məktəblilərlə ümumi söhbət aparılıb, onlara uğurlar arzulanıb.