“İnsan hüquqları Aylığı”  mövzusunda şagirdlərlə müzakirələr  təşkil olundu

Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyindən daxil olan məlumata əsasən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi 18 may -18 iyun  tarixləri ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan edilmişdir. Bununla əlaqədar olaraq, 5 iyun 2023-cü il tarixində  Bakı Şəhəri, Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 1c sinfində  “İnsan hüquqları Aylığı”  mövzusunda şagirdlərlə  müzakirələr  təşkil olundu.

Şagirdlərə məlumat verildi ki, insan hüquqları — insanların malik olmağa haqqı olduğu əsas hüquqları və azadlıqlarıdır. İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir.

Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır.

Uşaq hüquqları dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır.

Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi