Şagird və müəllimlərimiz Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinə ekskursiyaya getdilər
28 May Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyi ilə əlaqədar olaraq 25 may 2023-cü il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin bir qrup şagird və müəllim nümayəndəsi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinə ekskursiyaya getdilər. Nümayəndə heyəti ilk olaraq Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin fəaliyyətinə həsr olunan videoçarxa baxdılar. Ümummilli Lİder Heydər Əliyev Muzeyi ilə tanış oldular.
Buradakı tədris otaqları ilə və avadanlıqlarla tanış oldular. Sonra Sahil Mühafizə Xidmərinin döyüş gəmiləri ilə tanış oldular. Şagirdləri və müəllimləri maraqlandıran suallara Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən ətraflı cavablar verildi.
Bu ekskursiyanın təşkilinə icazə verdikləri üçün Dövlət Sərhəd Xidmətinin rəisi general - polkovnik Cənab Elçin Quliyevə və Sahil Mühafizə Xidmətinin rəisinə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin rəhbərliyi və kollektivi adından təşəkkürümüzü bildiririk.