VII siniflərdə böyük summativ qiymətləndirmə keçirilmışdir

Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbində yanvarın 19 – də VII sinif şagirdləri üçün I yarımilin tədris materialları əsasında məktəbdaxili böyük summativ qiymətləndirmə keçirilmışdir. Qiymətləndirmənin keçrilməsində əsas məqsəd I yarımil üzrə standartların mənimsənilməsi istiqamətində VII sinif şagirdlərinin əldə etdiyi irəliləyişləri dəyərləndirmək və şagirdlər tərəfindənn zəruri biliklərin tətbiqi bacarıqları yoxlamaq olmuşdur. Böyük summativ qiymətləndirmənin keçirilməsi üçün tapşırıqları məktəbin təcrübəli müəllimləri tərəfindən I yarımilin tədris materialları əsasında həm Azərbaycan, həm də Rus bölmələri üçün iki variantda hazırlanmışdı. Sual kitabçalarına Ana dili və riyaziyyat fənlərin hər birindən 25(iyirmi beş) tapşırıq, fizika və biologiya fənlərindən isə 15(on beş) tapşırıq daxil edilmişdi. Yeri gəlmişkən qeyd edək ki, Ana dili fənnindən beş tappşırıq şagirdlərin oxuyub anlama vərdişlərinin yoxlanılmasını nəzərdə tutmuşdu. Bu məqsədlə sual kitabçasına müvafiq mətn daxil edilmişdir. Şagirdlərin öz fikirlərini ifadə etmə bacarıqlarının təkmilləşdirməsi üçün, şagirdlərə əlavə 30 dəqiqə müddətində təklif olunan 5 mövzudan birini seçməklə inşa (esse) yazmaq təkilif olunmuşdur. VII siniflərdə 80 tapşırığın və inşanın icrası üçün şagirdlərə 2 saat 15 dəqiqə vaxt verilmişdir. Qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən aparılmış və valideynlər siniflərdə prosesi müşahidə etmişlər. Böyük summativ qiymətləndirmənin təşkili və keçirilməsi həm şagirdlərin, həm də valideynlərin böyük marağına səbəb olmuş və məktəbin VII siniflərində təhsil alan 134 şagird qiymətləndirmədə iştirak etmişdir. Nəticələr, onların statistik təhlili iki gün ərzində şagirdlərə və valideynlərə təqdim olunacaq. Nəticələrin müzakirəsi isə yanvar ayında keçiriləcək pedaqoji şura iclasında nəzərdə tutulmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi