Unudulmayacaq tarix

Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ və suverenliyinin növbəti təsdiqidir. Ermənistan birtərəfli qaydada Laçın-Xankəndi yolunun üzərində post qurduğundan Azərbaycan da adekvat addım atmalı idi.

Bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına da məlumat verilib.

Məntəqənin qurulmasından sonra sonrakı mərhələdə Qarabağda yaşayan ermənilər Azərbaycan hakimiyyətinin təklifini qəbul edərək reinteqrasiya məsələləri üzrə təmaslara başlamalıdırlar. Nə qədər tez bu proses başlayarsa, yerli erməni əhalisinin həyat tərzi bir o qədər yaxşılaşar. Rusiya Sülhməramlı Kontingenti bu prosesə maneə olmamalı, sabitliyin qorunmasına xidmət etməlidir.

Qeyd edək ki, ötən ilin dekabrın 12-dən etibarən etiraz aksiyasının başlanması ilə Xankəndi-Laçın yolunda nəzarət de-fakto Azərbaycan tərəfdən həyata keçirilirdi.

10 noyabr 2020-ci il Üçtərəfli bəyanatının müddəalarına zidd olaraq, Ermənistan və qanunsuz erməni hərbi birləşmələri yoldan hərbi məqsədlər, o cümlədən minaların daşınması üçün istifadə edirdilər. Azərbaycanın talan olunan təbii sərvətləri də bu yolla daşınırdı. Bu səbəbdən hazırda sülhməramlıların yerləşdiyi Azərbaycan ərazilərində 10 min nəfərdən artıq şəxsi heyəti olan ordu yaradıldı.

Xankəndi-Laçın yolunda 133 günlük etiraz aksiyası dövründə Ermənistan tərəfindən mina terroru və diversiyalalar mütəmadi olaraq törədilib. Ekoaktivistlər etiraza başlayanda da erməni təbliğatçıları deyirdilər ki, guya humanitar fəlakət yaradılır. Ermənilərin Laçın yolundan sui-istifadə etməsi halında mülki insanlarımızın həyatı üçün hər zaman təhlükələr ola bilərdi. Vəziyyətin bu formada davam etməsi Azərbaycan xalqı və dövləti üçün qəbuledilməz idi.

Dövlətin öz suveren ərazilərini qanunsuz müdaxilələrdən qoruması və sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsi onun suveren və ayrılmaz hüququdur. Beynəlxalq ictimaiyyət bu hüququn ifadəsinə hörmətlə yanaşır.

Məlumat üçün bildirək ki, Praqa və Soçi sənədləri ilə Ermənistan rəhbərliyi Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tanıyıb.

Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağı qaldırılıb.

Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti ölkənin "suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu" bəyan edib.

Ermənistan və Rusiya bunu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın pozulması kimi qiymətləndirib.

Azərbaycan bunun öz suveren və legitim hüququ olduğunu bildiri

Bu münasibətlə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə "Unudulmayacaq tarix" adlı tədbir keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi