Şagirdlərin gigiyenik qaydalara əməl etmələri ilə bağlı reyd keçirildi.

17 may 2023-cü il tarixində Bakı Şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin tibb bacısı Nazilə Həsənli və uşaq birliyi rəhbəri Səbinə Məmmədovanın iştirakı ilə məktəb üzrə reyd keçirildi. Keçirilən reyddə əsas məqsəd şagirdlərin gigiyenik qaydalara, məktəbli formasına uyğun olaraq geyinməsinin yoxlanılması idi. Keçirilən reydin sonunda hər bir şagird haqda qeydiyyat aparıldı, bundan sonra məktəbdə şagird qaydalarına, gigiyenik qaydalara əməl etmələri barədə məlumat verildi. Aşkarlanmış çatışmazlıqlar barədə sinif rəhbərlərinə məlumat verildi və məlumatın valideynlərlə bölüşülməsi tapşırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi