"SMA-lı uşaqlara dəstək" layihəsinin növbəti addımı uşaqlar tərəfindən çox gözəl qarşılandı

15 may 2023-cü il tarixində Bakı Şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə "Pəncərəmə ay qonub" layihəsi çərçivəsində "Günəş olaram mən də..." adlı kukla teatrı tamaşası təqdim olundu. Tamaşaya baxmağa SMA-lı uşaqlar da dəvət olunmuşdular. Məktəb direktoru Zemfira Məsiyeva və "Narahat ürəklər" təşkilatının üzvləri körpə balalarla yaxından maraqlandılar. 2021-2022-ci tədris ilindən etibarən başlanan "SMA-lı uşaqlara dəstək" layihəsinin növbəti addımı uşaqlar tərəfindən çox gözəl qarşılandı. Tədbir zamanı məktəb rəhbərliyi və məktəb şagirdləri öz arzularını onlara bildirdikdən sonra onlar üçün hazırlanmış kiçik hədiyyələr və ən gözəl izləyici təşəkkürnaməsi təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi