"Günəş olaram mən də... " adlı kukla teatr tamaşası nümayiş etdirildi
15 may 2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə "Pəncərəmə ay qonub" layihəsi çərçivəsində kukla teatr tamaşası səhnələşdirildi. Ulu Öndər, böyük şəxsiyyət, uşaqlara xüsusi qayğı və sevgi ilə yaxınlaşan, daima onları diqqət mərkəzində saxlayan qabaqcıl rəhbər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə "Günəş olaram mən də... " adlı kukla teatr tamaşası məktəb psixoloqları Günay Aslanova və Rüxsarə İmaməliyevanın rəhbərliyi ilə canlandırıldı. Tamaşada 5b sinif şagirdləri çıxış etdilər. Onlar çıxışlarında böyük rəhbər Heydər Əliyevin onlara qayğı sevgisini əks etdirdikdən sonra "Günəş olaram mən də ..." adlı tamaşanı səhnələşdirdilər. Tamaşada günəşin oğurlanması, insanların təbiətin onlara bəxş etdiyi dəyişikliklərə olan ehtiyacı və sevgisi, qarın, buludun və şimşəyin qəzəbi, kin- küdurəti, sevginin bütün yaraları sağaldacağı, yaxşılıq, hörmət, qayğı kimi gözəl xüsusiyyətlərindən və günəşin xilasıbdan danışıldı. Tədbirin sonunda isə Ulu Öndər Heydər Əliyevin müəllimlər və təhsillə bağlı fikirlər öz əksini tapdı.
"Günəş olaram mən də..." adlı tamaşanın xüsusi qonaqları - SMA-lı uşaqlar da tamaşaçı qismində iştirak etfilər. 171 nömrəli tam orta məktəbin "Narahat ürəklər" təşkilatının üzvləri 2021-2022-ci tədris ilindən etibarən SMA-lı uşaqlara dəstək məqsədi ilə onlarla dəfələrlə görüş və iş birliyi təşkil etmişdilər. Onların tamaşaya dəvət olunması onlara olan dəstəyin növbəti addımı idi.