İlk dərslər 20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr edimişdir
19 yanvar 2017 -ci il tarixində Xətai rayonu Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə ilk dərslər "20 Yanvar–Ümumxalq Hüzn Günü"nə həsr edilmişdir. Məqsəd təhsil naziri Mikayıl Cabbarovun və BŞTİ-nin müdiri Məhəbbət Vəliyevanın əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”nın icrasını təmin etmək, həmçinin şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün aşlanması olmuşdur. Dərslərə hazırlıq məqsədi ilə, əvəllcədən bütün siniflərdə şagirdlərin rəsm işləri və inşa yazılarından ibarət 20 Yanvar güşələri yaradılmışdır. Dərslər başlanan kimi ilk olaraq şagirdlər xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Dərslərdə şagirdlərə keçmiş sovet qoşunlarının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklər barədə müəllimlər tərəfindən məlumatlar verilmişdir. Daha sonra şagirdlər 20 Yanvar faciəsinə, həmçinin şəhidlərə həsr edilmiş şerlər söyləmişlər. Yekunda qeyd edək ki, məktəbdə "20 yanvar faciəsi"nə həsr olunmuş tədbirlər davam edir.