Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş riyaziyyat fənnindən “Breyn ring” adlı bilik yarışı keçirildi

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş riyaziyyat fənnindən “Breyn ring” adlı bilik yarışı keçirildi. Yarış riyaziyyat fənni üzrə məktəbin 9-cu sinifləri arasında təşkil olunmuşdu. Yarış Ulu Öndərin həyatı, fəaliyyəti ilə bağlı slaydların nümayişi ilə başladı. Şagirdlər Ulu Öndər Heydər Əliyevlı bağlı çıxışlar etdilər, şeirlər söylədilər.

Daha sonra yarış başladı. Yarış 3 mərhələdən ibarət idi: 1-ci mərhələ məntiq, 2-ci mərhələ cəbr, 3-cü mərhələ həndəsə. Yarış 9 c sinfinin qələbəsi ilə nəticələndi.

Tədbirdə məktəbin direktoru​ Z.B Məsiyeva, təlim-tərbiyə işləri üzrə  işləri üzrə direktor müavinləri S.Əhmədova, N.Bilalova, tərbiyə  üzrə direktor müavini K.İsmayılov​ və məktəbin riyaziyyat müəllimləri iştirak etdilər.

Tədbirin sonunda qalib şagirdlərə diplomlar təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi