Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair müzakirələr aparıldı
2 May 2023-cü il tarixində Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin UBTR Səbinə Məmmədova və biologiya fənn müəllimi Təranə Alışovanın təşkilatçılığı ilə 10a sinfində yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair müzakirələr aparıldı, təqdimat keçirildi. Müzakirənin məqsədi uşaq və gənclərin yaş qruplarının fərqliliyini nəzərə alaraq, narkomaniya ilə mübarizə üzrə aparılan profilaktik tədbirlərin səmərəliliyinin artırılması, sağlam həyat tərzi, idman və yaradıcılığın təbliğatı idi. Məktəbin həkimi Gülnur Bayramova da həmçinin narkomaniyanın fəsadları haqqında fikirlərini paylaşdı.