Emosional sferanın müəyyənləşdirilməsi mövzusunda psixoloji iş təşkil olundu
Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin psixoloqu Rüxsarə İmaməliyeva tərəfindən 3d sinif şagirdləri ilə emosional sferanın müəyyənləşdirilməsi mövzusunda psixoloji iş təşkil olundu. Məqsəd kiçik yaşlı məktəblilərdə emosiyaları tanımaq və düzgün ifadə etmək bacarıqlarının inkişaf etdirilməsidir. Şagirdlərə insanın emosiyasiz, cizgisiz üz fiquru paylandı və şəkillərdəki üz cizgilərini, emosiyaları şagirdlər sehrli barmaqları ilə işlədilər.