İnsan alverinə qarşı mübarizəyə dair 9-cu siniflərdə xüsusi dərslər təşkil olundu
16 Aprel 2023-cü il tarixində Bakı Şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin UBTR Səbinə Məmmədova, məktəb psixoloqu Günay Aslanova və tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılovun təşkilatçılığı ilə insan alverinə qarşı mübarizəyə dair 9-cu siniflərdə xüsusi dərslər təşkil olundu. Təşkil olunmuş bu dərslərin məqsədi insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla bağlı məktəbliləri maarifləndirmək, bu hallara qarşı mübarizə aparılmasını təmin etmək idi.