Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair "Açıq dərs" təşkil olundu
14 aprel 2023-cü il tarixində Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin UBTR Səbinə Məmmədova və biologiya fənn müəllimi Təranə Alışovanın təşkilatçılığı ilə 8b sinfində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair "Açıq dərs" təşkil olundu. Açıq dərsin məqsədi təhsil müəssisələrində su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə, Azərbaycan ərazisində yerləşən çayların, göllərin ekoloji vəziyyəti, onların çirklənmə səbəbləri ilə bağlı maarifləndirmə işinin aparılması idi.