"Rənglərin ahəngi" adlı art-terapiya təşkil olundu

10 aprel 2023-cü il tarixində 5d sinfində məktəb psixoloqu Günay Aslanovanın təşkilatçılığı ilə "Rənglərin ahəngi" adlı art-terapiya təşkil olundu. Musiqi sədaları altında işlənən rəsm işləri uşaqların daxili dünyalarını əks etdirməyə kömək oldu. Quaş vasitəsilə rənglənmiş daşlar ağ kağız üzərində müxtəlif xətlər əmələ gətirdikdən sonra şagirdlər təxəyyüllərinin gücü ilə özlərinin əl işlərini yaratdılar. Şagirdlər  əmələ gəlmiş qarışıq xətlərdən gəmi, göy cisimləri, güĺlər, müxtəlif heyvanlar, təyyarə kimi yeni əl işləri yaratdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi