XI SİNİFLƏRDƏ SINAQ İMTAHANI KEÇİRİLMİŞDİR
14 yanvar 2017-ci il tarixində Xətai rayonu, Z.Məmmədov adına 171 saylı tam orta məktəbin XI siniflərində tam orta təhsil səviyyəsi üzrə məktəbdaxili qiymətləndirmə keçirilmışdir. Qiymətləndirmənin keçrilməsində əsas məqsəd bu il məktəbi bitirəcək XI sinif şagirdlərini tam orta təhsil kursu üzrə buraxılış imtahanlarına hazırlaşdırmaq, həmçinin onların hazırkı səviyyəsini dəyərləndirmək olmuşdur Məktəbdaxili qiymətləndirməni aprmaq üçün sual ktabçaları həm Azərbaycan, həm də rus bölməsi üçün 2(iki) variantda məktəbin təcrübəli müəllimləri tərəfindən hazırlanmışdır. Həmin kitabçalara burxılış imtahanının birinci mərhələsi üzrə modelə müvafiq Ana dili, riyaziyyat və İngilis dili fənlərinin hər birindən 30(otuz) sual daxil edilmişdi.Məktəbin XI siniflərində təhsil alan 81 sayda şagird qiymətləndirmədə iştirak etmişdir. Tapşırıqların icrası üçün şagirdlərə 2 saat 15 dəqiqə vaxt verilmişdir. Məktəbdaxili qiymətləndirmənın təşkili və keçirilməsi həm şagirdlərin, həm də valideynlərin böyük marağına səbəb olmuşdur. Nəticələr, onların statistik təhlili iki gün ərzində şagirdlərə və valideynlərə təqdim olunacaq. Nəticələrin müzakirəsi isə yanvar ayında keçiriləcək pedaqoji şura iclasında nəzərdə tutulmuşdur.