Fənn metodbirləşmə sədrləri ilə iclas keçirildi

3 aprel 2023-cü il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə fənn metodbirləşmə sədrləri ilə iclas keçirildi.
İclasda bu günə kimi görülmüş işlər, gələcəkdə görüləcək işlər və qarşıda duran vəzifələr müzakirə olundu. İclasda məktəbə daxil olan rəsmi məlumatlar iclas iştirakçılarının nəzərinə çatdırıldı. Məktəblərdə kiçik summativ qiymətləndirmə və böyük summativ qiymətləndirmənin rəqəmsal formada keçirilməsi bardə müvafiq qaydalarla metodbirləşmə sədrləri tanış edildi. Gündəlikdə duran bir sıra məsələlər müzakirə edildi, təhlil edildi, qarşılıqlı fikir mübadiləsi olundu.
Məktəbin direktoru Zemfira Məsiyeva müvafiq tapşırıq və tövsiyələrini verdi.
İclasda təlim-tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, Oksana Kelexsayeva, məktəbin psixoloqu Günay Aslanova və fənn metodbirləşmə sədrləri iştirak edirdi.