Böyük Summativ Qiymətləndirmə keçirilmışdir
13 yanvar 2017-ci il tarixində Xətai rayonu 171 nömrəli tam orta məktəbinin IV siniflərində I yarımilin tədris materialları əsasında Böyük Summativ Qiymətləndirmə keçirilmışdir. Qiymətləndirmənin keçrilməsində əsas məqsəd I yarımil üzrə standartların mənimsənilməsi istiqamətində IV sinif şagirdlərinin əldə etdiyi irəliləyişləri dəyərləndirmək və şagirdlərin mənimsədiklərini tətbiqetmə qabiliyyətinə nə dərəcədə malik olduqlarını aşkara çıxarmaq olub. Məktəbdaxili qiymətləndirməsinin keçirilməsi üçün test tapşırıqları həm Azərbaycan, həm də Rus bölmələri üçün iki variantda, I yarımilin tədris materialları üzrə məktəbin təcrübəli müəllimləri tərəfindən hazırlanmışdır. Məktəbdin IV siniflərində təhsil alan şagirdlər qiymətləndirmədə iştirak etmişdir. IV siniflərdə test ktabçasına 50 tapşırıq, o cümlədən ana dili və riyaziyyat fənlərinin hər birindən 25 tapşırıq daxil edilmişdir. IV siniflərdə həmin tapşırıqlardan əlavə, şagirdlərə sadə mövzularda 15-20 söz həcmində esse yazmaq təklif olunub. Bu tapşırıqların icrası üçün şagirdlərə 75 dəqiqə vaxt verilmişdir. Böyük Summativ Qiymətləndirmənin bu şəkildə təşkili şagirdlərin və valideynlərin marağına səbəb olmuşdur. Nəticələr, onların statistik təhlili iki gün ərzində şagirdlərə və valideynlərə təqdim olunacaq. Nəticələrin müzakirəsi isə yanvar ayında keçiriləcək pedaqoji şura iclasında nəzərdə tutulmuşdur.