Böyük Summativ Qiymətləndirmə keçirilmışdir
12 yanvar 2017-ci il tarixində Xətai rayonu 171 nömrəli tam orta məktəbinin III siniflərində I yarımilin tədris materialları əsasında Böyük Summativ Qiymətləndirmə keçirilmışdir. Qiymətləndirmənin keçirilməsində əsas məqsəd I yarımil üzrə standartların mənimsənilməsi istiqamətində III sinif şagirdlərin əldə etdiyi irəliləyişləri dəyərləndirmək və şagirdlərin mənimsədiklərini tətbiqetmə qabiliyyətinə nə dərəcədə malik olduqlarını aşkara çıxarmaq olmuşdur. Məktəbdaxili qiymətləndirməsinin keçirilməsi üçün test tapşırıqları həm Azərbaycan, həm də Rus bölmələri üçün iki variantda, I yarımilin tədris materialları üzrə məktəbin təcrübəli müəllimləri tərəfindən hazırlanmışdır. Məktəbdin III siniflərində təhsil alan 187 şagird qiymətləndirmədə iştirak etmişdir. Test ktabçasına 50 tapşırıq, o cümlədən ana dili və riyaziyyat fənlərinin hər birindən 25 tapşırıq daxil edilmişdir. Həmin tapşırıqlardan əlavə, şagirdlərə sadə mövzularda 15-20 söz həcmində esse yazmaq təklif olunub. Bu tapşırıqların icrası üşün şagirdlərə 75 dəqiqə vaxt verilmişdir. Böyük Summativ Qiymətləndirmənin bu şəkildə təşkili və keçirilməsi şagirdlərin, valideynlərin marağına səbəb olmuşdur. Nəticələr, onların statistik təhlili iki gün ərzində şagirdlərə və valideynlərə təqdim olunacaq. Nəticələrin müzakirəsi isə yanvar ayında keçiriləcək pedaqoji şura iclasında nəzərdə tutulmuşdur.