Böyük Summativ Qiymətləndirmə keçirilmışdir

11 yanvar 2017-ci il tarixində Xətai rayonu 171 nömrəli tam orta məktəbinin I və II siniflərində I yarımilin tədris materialları əsasında Böyük Summativ Qiymətləndirmə keçirilmışdir. Qiymətləndirmənin keçirilməsində əsas məqsəd I yarımil üzrə standartların mənimsənilməsi istiqamətində I və II sinif şagirdlərin əldə etdiyi irəliləyişləri dəyərləndirmək və şagirdlərin mənimsədiklərini tətbiqetmə qabiliyyətinə nə dərəcədə malik olduqlarını aşkara çıxarmaq olmuşdur. Məktəbdaxili qiymətləndirməsinin keçirilməsi üçün test tapşırıqları həm Azərbaycan, həm də Rus bölmələri üçün iki variantda, I yarımilin tədris materialları üzrə məktəbin təcrübəli müəllimləri tərəfindən hazırlanmışdır. Məktəbin I siniflərində təhsil alan 139 şagird, II siniflərdə təhsil alan 124 şagird qiymətləndirmədə iştirak etmişdir. I və II siniflərdə test ktabçasına 50 tapşırıq, o cümlədən ana dili və riyaziyyat fənlərinin hər birindən 25 tapşırıq daxil edilmişdir. II siniflərdə həmin tapşırıqlardan əlavə, şagirdlərə sadə mövzularda 15-20 söz həcmində esse yazmaq təklif olunmuşdur. Bu tapşırıqların icrası üşün şagirdlərə 75 dəqiqə vaxt verilmişdir. Böyük Summativ Qiymətləndirmənin bu şəkildə təşkili və keçirilməsi şagirdlərin, valideynlərin marağına səbəb olmuşdur. Nəticələr, onların statistik təhlili iki gün ərzində şagirdlərə və valideynlərə təqdim olunacaq. Nəticələrin müzakirəsi isə yanvar ayında keçiriləcək pedaqoji şura iclasında nəzərdə tutulmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi