"31 Mart Soyqırımı Günüdür" mövzusunda mühazirə deyildi, şeirlər söylənildi
31 mart 2023-cü il tarixində Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin sinifləri arasında "31 Mart Soyqırımı Günüdür" mövzusunda mühazirə deyildi, şeirlər söylənildi. Bu mühazirə zamanı şagirdlər erməni millətçilərinin öz ideyasını gerçəkləşdirmək məqsədilə törətdikləri soyqırımdan, bu soyqırımın miqyasından, tədqiqatçılarımızın apardığı araşdırmalardan və Prezident İlham Əliyevin bu cinayət barəsində imzaladığı sərəncamdan danışdılar, şeirlər söylədilər. Bu toplantıda sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Kənan İsmayılov, uşaq birliyi rəhbəri Səbinə Məmmədova və şagirdlər iştirak etdilər.