31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq məktəbdə tədbir keçirildi
31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə tədbir keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Ağsaqqallar Şurasının sədri professor İzzət Rüstəmov, şəhid ataları-Ağsaqqallar Şurasının üzvləri Mürvət Əsgərov və Meyvəddin Ramaldanov, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi işrirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himinin oxunması ilə başladı. 31 Mart Azərbaycanlıların Soqırımına həsr olunmuş videoçarx nümayiş etdirildi. Soyqırımı qurbanlarının və Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsini yad etmək üçün bir dəqiqəlik sükutla yad edildi. Çıxış edənlər 31 Mart Soyqırımının tarixi haqqında çıxış etdilər. Tarix boyu ermənilərən Azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söhbət açdılar.
Tədbirin sonunda şagirdlər hazırladıqları vətənpərvərlik mahnısını oxudular və şeirlər söylədilər.
Çıxış edənlər 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən, kütləvi qırğınlardan danışmış və bu soyqırımın Azərbaycan xalqının tarixində baş vermiş ən faciəli və qanlı hadisələrdən biri olduğunu bildirmişlər.
Bu faciəli günün tarixi ilə bağlı çıxış edənlər bildiriblər ki, soyqırıma hüquqi-siyasi qiymətin verilməsində Ümumilli lider Heydər Əliyevin müstəsna rolu olub. Ulu öndərin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart- azərbaycanlıların soyqırımı günü elan edilib.
Tədbir məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompazisiyaların nümayişi ilə başa çatdı.