"İmtahan həyəcanının aradan qaldırılması" mövzusunda psixoloji söhbət keçirildi

Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri ilə "İmtahan həyəcanının aradan qaldırılması" mövzusunda psixoloji söhbət keçirildi. Psixoloji söhbətdə məktəb üzrə Azərbaycan və rus bölməsinin bütün 9-cu sinif şagirdləri iştirak etdilər. Məktəb psixoloqları Günay Aslanova və Rüxsarə İmaməliyeva şagirdlərin həyəcanlarının yaranma səbəbi, həyəcanın aradan qaldırılması yolları, imtahan zamanı həyəcan və stress yaranarsa bundan azad olmanın psixoloji üsulları haqqında danışdılar. Şagirdlərə müəyyən tövsiyyələr verildi, istifadə edə biləcəkləri psixoloji texnikalar izah edildi. Şagirdlərin fikirləri, həyəcanlarının yaranma səbəbləri dinlənildi. Onların narahatlıq şkalası haqqında danışıldı və narahatlıq şkalası 10 bal üzərindən təqdim olundu. Təqdim olunmuş balların nəyə əsasən təqdim olunduğu haqqında danışıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi