Fizika fənni üzrə bilik yarışının I mərhələsi təşkil olundu
Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 6-cı sinifləri üzrə təşkil olunmuş yarışın fizika fənni üzrə I mərhələsi təşkil olundu. 6-cı sinif fizika dərsliyinə əsasən 20 sual tərtib olundu. Yarışın təşkilatçı qrupu Təlim-tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Kənan İsmayılov, UBR Səbinə Məmmədova, psixoloq Günay Aslanovadır. Sualların səsləndirilməsi zamanı məktəbin qabaqcıl şagirdləri də iştirak etdilər. təşkilatçıların şagirdlərin iştirakını təşkil etməsindəki əsas məqsədi onların psixoloji cəhətdən həyəcanlılıq duyğusunu azaltmaq və öz fikirlərini daha rahat ifadə edə bilmələri üçün şərait yaratmaqdır.