Şagirdlərin ilkin hərbi qeydiyyata alınması
14 mart 2023-cü il tarixində Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin hərbi rəhbəri Hikmət Əhmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış baş İdarəsinin Xətai rayon şöbəsində ilkin hərbi qeydiyyata alınması ilə əlaqədar olaraq məktəbin 2008-ci il təvəllüdlü 15 yaşı tamam olmuş şagirdlərini təlimatlandırdı. Təlimat zamanı onlara ilkin hərbi qeydiyyatın vacibliyi, müsahibənin aparılacağı və tibbi müayinələrdən keçəcəkləri barədə məlumat verildi.