ATV kanalının "Yoxlama" verlişinin əməkdaşları məktəb şagirdinə xəsarət yetirmişdir

Xətai rayonu, Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbin rəhbərliyi bildirir ki, 06 yanvar 2017-ci il tarixində saat 14:30 radələrində məktəbə üçüncü növbədə təhsil alan şagirdlərin qəbulu zamanı 12(on iki) nəfərdən artıq idmançı görünüşlü şəxslər, o cümlədən “Yoxlama” adlanan verilişin aparıcısı Azər adlı birisi, onun yanında özünü bütün sahələr üzrə ekspert kimi təqdim edən hündürboylu ağ sifətli 27-28 yaşlı gənc oğlan, ATV gödəkçəsi geymiş 5 “əməkdaş” və təhlükəsizliyə aid uniforma geymiş daha 5 gənc məktəb rəhbərliyinə xəbər vermədən, qapıçını itəliyərək məktəbə daxil olmuş, təqribən bir saat müddətində məktəbdə böyük ajiotaj yaratmış, məktəbin müxtəlif ərazilərində, həmçinin icazəsiz siniflərə daxil olaraq tədris prosesini kobudcasına pozaraq çəkilişlər aparmışlar. Onlar məktəb rəhbərliyinin dəfələrlə müraciətinə əhəmiyyət verməmiş, özlərini sözün həqiqi mənasında qoçu kimi aparmışlar. Bu qoçu dəstəsinin üzvləri tərəfindən müəllimlərə və məktəbin texniki personalına qarşı kobudluqlar edilmiş, ələ salma tipli suallar verilmiş, qeyri-etik ifadələrlərlə onların hissiyyatına toxunmuşlar. Heç bir xəbərdarlıq etmədən həmin gənc oğlanlar qız şagirdlər üçün nəzərdə tutulan ayaqyoluna daxil olaraq çəkiliş aparmışlar. Bütün bunlar ciddi narahatçılıq yaratmış, həmin “çəkiliş qrupu”nun törətdiyi qalmaqal şagirdlər, müəllimlər və valideynlər arasında vahiməyə səbəb olmuşdur. Bu hadisədə ən acınacaqlı hal ondan ibarət olmuşdur ki, ATV kanalının əməkdaşlarından biri məktəbin 6e sinif şagirdini kobudcasına itələyərək yıxmış və ona xəsarət yetirişdir. Məlumat üçün bildiritik ki, hazırda məktəbin dörddə-üç hissəsində Təhsil Nazirliyi tətəfindən əsaslı tikinti işləri aparıldığından məktəb üçnövbəli rejimdə işləyir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi