Buraxılış vərəqələri XI sinif şagirdlərinə təqdim olundu

28 fevral 2023-cü il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 5 mart 2023-cü il tarixində keçiriləcək buraxılış imtahanında iştirak edəcək 11-ci sinif şagirdlərinə buraxılış vərəqələri təqdim edildi. Buraxılış vərəqələri məktəbin direktoru Zemfira Məsiyeva şagirdlərə təqdim edərək onlara imtahanda uğurlar arzuladı. Buraxılış vərəqlərin təqdim edilməsində sinif rəhbərləri, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov iştirak edirdi.