“Tarixin soyqırımı zəncirində Xocalı faciəsi” adlı ədəbii-bədii kompozisiya nümayiş etdirdilər.

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 5 d sinif şagirdləri sinif rəhbəri Rəhimova Mehparə tərəfindən təşkil olunmuş

“Tarixin soyqırımı zəncirində Xocalı faciəsi” adlı ədəbii-bədii kompozisiya nümayiş etdirdilər.

Nümayiş zamanı şagirdlər Xocalı soyqırımı haqqında məlumat verdilər, soyqırımın qurbanlarının xatirəsini yadd etdilər. Şagirdlər Milli Qəhrəmanlar Çingiz Mustafayev və Əlif Haciyev haqqında da səhnəciklər nümayiş etdirdilər. Daha sonra qeyd etdilər ki, 44- günlük haqq savaşımızda Türkiyə hər zaman yanımızda idi. Bu günlərdə Türkiyə öz tarixinin ən çətin günlərini yaşayır, təbii fəlakət qurbanlarının sayı günü-gündən artır. “İndi isə bizim sıramızdır!” - deyə şagirdlər vurğuladılar ki, biz də fəlakətin ilk günlərindən Qardaş Türkiyənin yanındayıq. 171 nömrəli məktəbddə, valideynlərin, müəllimlərin və şagirdlərin dəstək və köməyi ilə müxtəlif yardımlar etdilər. “Acınız acımızdır!”

Tədbirdə Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Sima Əhmədova və Kelexsayeva Oksana, psixoloq Aslanova Günay, tarix müəllimlər Quliyev Ülvi və Əmrahlı Nursu, uşaq birliyi rəhbəri Məmmədova Səbinə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi