“Ana Dili Günü”nə həsr edilmiş dəyirmi masa təşkil olundu
21 fevral tarixində məktəbin 5-11-ci sinif şagirdləri ilə “Ana Dili Günü”nə həsr edilmiş dəyirmi masa təşkil olundu. Dəyirmi masa ətrafında şagirdlərimiz Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə dolğun məlumat verdi, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmağın, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamağın vacibliyini qeyd etdilər. Şagirdlər tərəfindən Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirilib. 6b sinif şagirdlərindən Ülkər Həsənova, Əsmər İmanova 6b, Nigar Musazadə 6b, 6bŞirinli Həcər, 8b sinif şagirdlərindən Sultan Zərif, Həbibi Nəzrin tərəfindən şeirlər səslənildi, digərləri tərəfindən dolğun məlumatlar verildi.
İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.