VII sinif şagirdlərinin valideyn iclası keçirildi
17 fevral 2023 tarixində Z.Məmmədov adına 171 nömrəli məktəbin 7 b sinifində valideyn iclası keçirildi. İclasda 1-ci yarımilin yekunları haqqında sinif rəhbəri Nərmin Səmədova valideynləri məlumatlandırdı. Daha sonra sinifdə şagirdlərin davranışı, şagirdlərin məktəbli geyimi, dərsə hazırlıq səviyyəsi müzakirə olundu. Fənn müəllimləri şagirdlər haqqında öz fikirlərini bildirdilər. Valideynləri maraqlandıran suallara ətraflı cavablar verdilər. 2-ci yarımildə şagirdlərin səylə çalışmaları, davranışlarınıda daha nizam-intizamlı olmaları barədə müəllimlər tapşırıq və tövsiyyələrini verdilər.