Mütaliə ilə bağlı tədbir
14 aprel 2015-ci il tarixdə 171 nömrəli məktəbə professor, prezident təqaüdçüsü, pedaqoji elmlər doktoru, əməkdar müəllim Oktay Rəcəbov və Təhsil Problemləri İnstitutunun aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Natiq Axundov dəvət olunmuşdur. Tədbir mütaliə xarakteri daşıyırdı.Tədbirdə ibtidai sinif müəllimləri ilə yanaşı, texnologiya və musiqi fənn kurrikulumlarının tədbiqi vəziyyətinin öyrənilməsi olmuşdur. Müəllimləri bu sahədə maraqlandıran bir çox suallar hər iki qonağa ünvanlanmışdır. Eyni zamanda müəllimlərin suallarına hər iki mütəxəssis tərəfindən ətraflı cavablar verilmişdir.