20 Yanvar Şəhidlərinin Anım Günü ilə əlaqədar dəyirmi masa təşkil olundu
Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrli tam orta məktəbdə 19 yanvar 2023-cü il tarixində 20 Yanvar Şəhidlərinin Anım Günü ilə əlaqədar dəyirmi masa təşkil olundu. Dəyirmi masada 8, 9, 10-cu sinif şagirdləri, məktəb direktoru Zemfira Məsiyeva, Tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, hərbi rəhbər Hikmət Əhmədov, tarix müəllimi Ülvi Quliyev, psixoloq Günay Aslanova və UBR Səbinə Məmmədova iştirak etdilər. Dəyirimi masanın mövzusuna uyğun olaraq 20 Yanvar faciəsinin üzərindən bir qərinə keçməsi, 20 Yanvar hadisəsindən öncəki tarixi hadisələrlə, 20 Yanvar hadisəsindən sonrakı bütün tarixi hadisələrlə, 44 günlük müharibə ilə bağlı söhbətlər aparıldı. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
20 Yanvar Azərbaycan xalqının hüzn günü, qürur günüdür.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!