“20 Yanvar Azərbaycan xalqının qanlı və şanlı səhifəsidir” mövzusunda təqdimatı dinlənildi
Bu gün Xətai rayonu 171 N-li tam orta məktəbin 6a sinif şagirdlərinin “20 Yanvar Azərbaycan xalqının qanlı və şanlı səhifəsidir” mövzusunda təqdimatı dinlənildi.
Fənn müəllimi A. Əliyeva 20 Yanvar faciəsi haqqında məlumat verdi. Bildirildi ki, bu faciə xalqımıza qarşı törədilmiş cinayətdir, imperiyanın xalqın gözünü qorxutmaq, azadlıq ruhunu qan içində boğmaq istəyidir. Amma buna nail ola bilmədilər.
Ümumilli liderimiz Heydər Əliyev xalqı ilə həmrəy olub, bu qanlı əməliyyata etirazını bildirdi, əməliyyata rəhbərlik edənləri ifşa etdi. Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirdi.
20 Yanvar faciəsi Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Şagirdlər bu faciəyə həsr olunmuş şeirlər söylədilər, divar qəzetləri hazırladılar, videoçarxlar nümayiş etdirdilər.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.