"20 Yanvar-Qanlı Yanvar" adlı kitab sərgisi keçirildi
Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin kitabxanasında "20 Yanvar-Qanlı Yanvar" adlı kitab sərgisi keçirildi. Kitabxana müdiri Nəzirə Quliyeva bu faciə haqqında şagirdlərə danışaraq 20 Yanvar Şəhidlərinim heç vaxt unudulmayacağını, onların həmişə Azərbaycan xalqının qəlbində yaşayacağını bildirib. Sərgidə şagirdlər 20 Yanvar faciəsinə həsr olunmuş kitablara nəzər salıb, bir-biriləri ilə bu haqda fikir mübadiləsi etdilər. Qanlı hadisələrin törədilməsi haqqındakı müzkirə və söhbətlərin aparılmasındakı əsas məqsəd Azərbaycanın keçmiş tarixini gələcək nəsillərə olduğu kimi anlatmaq, unutmamaq, unutdurmamaqdır.