İclas keçirildi
12 yanvar 2023-cü il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Respublika Fənn Olimpiadasının növbəti mərhələsində iştirak etmək hüququ qazanmış və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 6 və 9-cu siniflər üzrə keçirilmiş monitorinq zamanı yüksək nəticə göstərmiş şagirdlərlə məktəbin direktoru Zemfira Məsiyevanın iştirakı ilə iclas keçirildi. İclasda təlim - tərbiyı işləri üzrə direktor müavini Sima Əhmədova şagirdlərin topladıqları ballar barədə və tutduqları yerlər barədə məlumat verdi. Məktəbin direktoru Zemfira Məsiyeva şagirdlərə növbəti mərhələlərdə uğurlar arzuladı, müvafiq tapşırıq və tövsiyələrini verdi. İclasda tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, məktəbin psixoloqu Günay Aslanova da iştirak edirdilər. Şagirdləri maraqlandıran suallara ətraflı cavab verdildi. İclasın sonunda xatirə şəkili çəkdirildi.