Hüseyn Cavidin 140 illik yubileyinə həsr olunmuş “Açıq dərs” keçirildi

25.12.2022-ci ildə informatika müəllimi Süleymanova Sevinc tərəfindən “Açıq dərs” verildi. Dərs Hüseyn Cavidin 140 illiyinə və Sloveniya ölkəsinə həsr olundu. Tədbir ilk öncə Azərbaycan  Respublikasının Dövlət Himni ilə başladı sonrasında H.Cavidin həyatı, yaradıcılığı, cənazəsinin  Azərbaycana gətirilməsi haqqında geniş məlumat verildi. H.Cavidin şeirlərindən bir neçəsi səsləndirildi. Sonra kahoot proqramında bütün siniflə yarış oldu, yarışda ilk üç yerə çıxan şagirdlər ikinci mərhələ yəni final mərhələsində yarışacaqlar. Yarışın birinci mərhələsi başa çatdıqdan sonra Sloveniya ölkəsi haqqında məlumat və Azərbaycanla Sloveniya ölkəsinin dostluğundan danışıldı. Sonra Kahoot proqramında ilk üç yerə çıxan şagirdlər yarışdılar yarışda birinci məlum oldu və ona hədiyyəsi təqdim olundu. Sonda məktəbin təlim-tərbiyə işləri üzrı direktor müavini Sima Əhmədova tədbir haqqında öz fikirlərini bildirdi .

Tədbirdə iştirak etdilər: Təlim-tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova,  metodu birləşmə  sədri və riyaziyyat müəllimi Məmmədova Gülnarə, riyaziyyat müəllimi Babayeva Raisa, riyaziyyat müəllimi Zeynalova Esmira, biologiya müəllimi Məmmədova Pərvin, məktəb psixoloqu Aslanova Günay.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi