"Tıq-tıq xanım" nağılı səhnələşdirilmiş formada nümayiş olunub
14 dekabr 2016-cı il tarixində Xətai rayonundakı Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin kiçik akt zalında məktəbin 2-ci sinif şagirdləri tərəfindən "Tıq-tıq xanım" nağılı səhnələşdirilmiş formada nümayiş olundu. Tədbirdə məktəbin ibtidai sinif şagirdləri iştirak edirdi. Tədbirin keçirilməsində məqsəd məktəb şagirdlərində Azərbaycan xalq nağıllarına maraq yaratmaq, milli folklorumuzu şagirdlərə təbliğ etmək, həmçinin kiçik yaşlı uşaqlarda səhnə bacarıq və vərdişlərini aşılamaq olmuşdur. Məktəbin ibtidai sinif müəllimləri Məhəbbət Xudiyeva, Rəmziyyə Həbilova, Əntiqə Sultanovanın təşkilatçılığı ilə hazırlanmış tədbir şagirdlərin, valideynlərin və müəllimlərin marağına səbəb oldu.