Azərbaycan oyaqdır, sərvətinə dayaqdır! Ekoloji terrora son! adlı aksiya keçirildi

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə təbii sərvətlərimizin qanunsuz  istismarına etiraz xarakteri daşıyır.

Aksiyaya dəstək məqsədi ilə 22 dekabr 2022-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə aksiya keçirildi. Aksiyada Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!” “Ekoloji terrora son!” şüarları səsləndirildi. Şagirdlər hazırladıqları plakatlarla və şəkillərlə aksiyaya öz dəstəklərini nümayiş etdirdilər. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Afaq İmamverdiyeva məktəb kolektivi adından çıxış edərək Azərbaycan sərvətlərinin talanmasına öz etirazını bildirdi. Məktəb üzrə təşkil olunan aksiyalar davam etdiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi