Ümummilli Lider Heydər Əliyevin anım Günü ilə əlaqədar olaraq tədbir keçirildi
Ümummilli Lider Heydər Əliyevin anım Günü ilə əlaqədar olaraq Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Zemfira Məsiyeva çıxış edərək Ulu Öndərin keçdiyi şərəfli və çətin ömür yolu haqqında ətraflı məlumat verdi. Ümummilli Lider Heydər Əliyevlə bir zamanda yaşadğı üçün fəxr etdiyini bildirdi.
Məktəbin tarix müəllimi Ülvi Quliyev Ulu Öndərin Azərbaycan Respublikasının inkişafındaki əvəzolunmaz fəaliyyətindən və bu günkü uğurudan danışdı.
Məktəbin hərbi rəhbəri Hikmət Əhmədov Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu haqqında məlumat verdi.
Ulu Öndərin təməlini qoyduğu ordunun 44 günlük Vətən Müharibəsində qazanılmış Zəfərdə öz sözünü dediyini bildirdi.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirildi.