Birinci və ikinci sinif şagirdləri ilə şahmat dərnəkləri təşkil olunub
Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin birinci və ikinci sinif şagirdləri ilə şahmat dərnəkləri təşkil olunub. Dərnəkdəki şagirdlər şahmata böyük həvəs göstərirlər. Onları həvəsləndirmək üçün yarışlar tərtib olunur, onlara kiçik hədiyyələr alınır. Şahmat şagirdlərimizin məntiqi hesablama texnikasını gücləndirir, daha səbrli və dəqiq olmağı öyrədir. Şahmat beyinin gimnastikasıdır.a