"Hollandın peşə seçimi inventarı" adlı test keçirildi

14 dekabr 2022-ci il tarixində Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri ilə "Hollandın peşə seçimi inventarı" adlı test keçirildi. Testin tərtibatında 90 sual var idi. Hər sual 3 ballıq şkala ilə qiymətləndirildi. Hər bir kateqoriyaya əsasən qiymətləndirilmiş cavablar uyğun xanalara düzülür. Ən yüksək qiymətləndirmə ilə hansı kateqoriya uyğunlaşırsa şagirdin bilik və bacarığının da o yöndə olduğu müəyyənləşdirilir. Şagirdlərlə öncədən peşələrin düzgün seçilməsi ilə bağlı psixoloji söhbət aparıldı. Düzgün peşə seçimi gələcək nəsillərin müsbət psixoloji mühitdə böyüyəcəyinin göstəricisi ola bilər. Düzgün peşə seçimi şagirdin öz sənətini sevərək icra etməsinə kömək edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi