Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar sinifdaxili yarışma
12 dekabr 2022-ci il tarixində Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin psixoloqu Günay Aslanova Heydər Əliyevin anım günü ilə əlaqədar 6c sinfində qruplararası yarışma təşkil etdi. 6c sinif şagirdləri 4 qrupa bölündülər, qruplar "Şuşa", "Laçın", "Cəbrayıl", "Füzuli" kimi adlandırıldılar.
Yarışmada işlədilən suallar Ulu Öndər Heydər Əliyevin həyatı və uzaqgörən siyasəti haqqında idi. Heydər Əliyevin doğum tarixi, oxuduğu yer, ali təhsilini yarımçıq saxlama səbəbi, müharibədə iştirakı zaman aldığı rütbə, sevdiyi şeir, sevdiyi musiqi, Heydər Əliyevin vəsiyyəti kimi suallar yarışmada öz əksini tapdı. Şagirdlər Heydər Əliyev tarixinə necə önəm verdiklərini öz cavabları ilə əks etdirdilər.